Xərçəng xəstəliyi qorxusundan Kaliforniya sakinləri 5G texnologiyasının inkişafına qarşı çıxıblar
Elm & Texnologiya
11.09.2018
Farid Pardashunas
San Fransisko ətrafında yerləşən Mill-Velli şəhərinin
hakimiyyəti yaşayış zonalarında 5G qüllələrinin yerləşdirilməsini məhdudlaşdırıb.
Buna səbəb isə yeni nəsil şəbəkə texnologiyasının insan səhhətinə zərər verməsi
qorxusu olub. Belə ki, şəhər sakinləri qorxurlar ki, 5G texnologiyası xərçəng xəstəliyinin
yaranmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, 5G vasitəsilə internetə
saniyədə 1 Gbit sürətlə qoşulmaq olar. Bu isə LTE şəbəkələrindəki göstəricilərdən
3 dəfə çoxdur. Plana əsasən 5G şəbəkəsindən əşyaların interneti konsepsiyası
üzrə yüz minlərlə ötürücülər və bununla yanaşı kənd təsərrüfatı texnikası,
pilotsuz avtobuslar və avtomobillər istifadə edəcəklər.
Bununla belə bəzi alimlərin
fikrincə 5G şəbəkəsi insanlara 1 mm uzunluqlu dalğalar və ya qısadalğalı
radiasiya ilə təsir edir. Mill-Velli şəhərinin hakimiyyətinin qərarına əsasən
5G şəbəkə qüllələri yalnız şəhərin iş və ticarət ərazilərində quraşdırıla bilər.
14.000 insanın yaşadığı bu şəhərin sakinlərindən sözügedən qüllələrin yaşayış
zonalarında quraşdırılmasına qadağa tələbini özündə əks etdirən 143 məktub bu
cür qərarın qəbul olunmasına səbəb olub.Qeyd etmək lazımdır ki, bu cür
qadağalar həmçinin Kaliforniya ştatının digər şəhərlərində də qüvvəyə minib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək