Logo
    main-post-cover

    Xiaomi 10 000 mAh-lıq yeni powerbank təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    14.04.2023
    Emil
        Xiaomi şirkəti Xiaomi Power Bank Lite adlı yeni powerbankı təqdim edib. Yeni powerbank plastik materialdan hazırlanmış gövdəyə sahibdir. Onun gövdəsinin qalınlığı 15 mm təşkil edir. Powerbankın çəkisi isə 225 qramm-dır. Powerbank özündə 10 000 mAh enerji tutumlu batareyanı, 2 ədəd USB-A və 1 ədəd USB-C girişlərini birləşdirir. Cihazın maksimal enerji ötürmə qabiliyyəti 22.5 vatt təşkil edir. Powerbankın batareyası PD 3.0, QC 3.0, AFC, FCP, SCP, PE SFCP adlı sürətli şarj texnologiyalarını dəstəkləyir. Powerbankda həmçinin enerji səviyyəsini göstərən indikator da mövcuddur. Xiaomi Power Bank Lite artıq Çində satışa çıxıb və 11$-a satılır.
    Paylaş
    Bənzər xəbərlər