
Xiaomi 14 avqustda daha hansı məhsullarını təqdim edəcək?
Elm & Texnologiya
09.08.2023
Emil
Xiaomi artıq rəsmi şəkildə elan etdi ki, qatlana bilən Xiaomi Mix Fold 3 smartfonu 14 avqust tarixində təqdim ediləcək. Lakin şirkət həmin tarixdə Mix Fold 3 ilə yanaşı digər yeni məhsullarını da təqdim edə bilər. İnsayderlərin sözlərinə əsasən şirkət 14 avqust tarixində Mix Fold 3 ilə yanaşı həmçinin Redmi K60 Extreme Edition smartfonunu və Xiaomi Pad 6 Max planşetini təqdim edəcək.
Gözləntilərə əsasən Redmi K60 Extreme Edition smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekran ilə təchiz olunacaq və MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Xiaomi Pad 6 Max planşetinə gəldikdə isə onun Xiaomi Pad 6 Pro-dan yeganə fərqi ekran ölçüsündə olmalıdır. Belə ki, Xiaomi Pad 6 Max-ın 14 düym ekranlar təchiz olunacağı gözlənilir. Digər bütün texniki göstəricilər baxımından isə Pad 6 Max modeli Pad 6 Pro ilə eyni olmalıdır.
Paylaş
Bənzər xəbərlər