Logo
    main-post-cover

    Xiaomi 15S Pro-nun, Xiaomi Pad 7 Ultra-nın, XRING O1 prosessorunun və Xiaomi YU7 elektromobilinin təqdimatı anons edilib

         Xiaomi şirkəti öz yeni məhsullarının təqdimatını anons edib. Beləliklə Xiaomi-nin anonsuna əsasən onun növbəti təqdimatı 22 may tarixində Çində baş tutacaq. Şirkət bildirib ki, 22 may tarixində Xiaomi 15S Pro smartfonunu, Xiaomi Pad 7 Ultra planşetini, XRING O1 prosessorunu və Xiaomi YU7 elektromobilini təqdim edəcək. Qeyd etmək lazımdır ki, XRING O1 prosessoru şirkətin yeni mobil prosessorudur və o, 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Çox güman ki, təqdim olunacaq Xiaomi 15S Pro smartfonu məhz bu prosessor vasitəsilə çalışacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...