main-post-cover

    Xiaomi 48 MP'lik kameraya sahib smartfonun ilk fotosunu təqdim etdi

    Elm & Texnologiya
    05.12.2018
    Farid Pardashunas
        Xiaomi şirkətinin prezidenti Lin Bin 48 MP-lik arxa kameraya sahib smartfonun gövdəsinin fotosunu təqdim edib. Təqdim olunmuş fotoda əks olunmuş smartfonun arxa panelində “48MP Camera” yazısı var. Lin Bin sözügedən smartfon barəsində əlavə məlumat verməkdən imtina edib. Lakin o qeyd edib ki, fotodakı smartfon gələn ay satışa çıxacaq. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında 48 MP-lik arxa kameranın məhz Xiaomi Mi 8S modelində olacağı bildirilirdi. Şirkət sözügedən smartfon modeli üçün iki kamera modulundan birini seçə bilər: Sony IMX586 və ya Samsung Isocell Bright GM1. Xiaomi Mi 8S modeli təqdimat üçün heç də pis bir variant deyil. Lakin nəzərə almaq lazımdır ki, fotodakı smartfon Mi9 da ola bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər