main-post-cover

    Xiaomi ABŞ qadağalarının olması ehtimalına qarşı hazırlanır

    Elm & Texnologiya
    06.01.2020
    Nijat Hamid
            2019 bildiyimiz kimi ABŞÇin arası iqtisadi müharibə ilə keçdi. Bu müharibədən ən çox zərər çəkən Huawei şirkəti oldu. Nəinki Huawei digər bütün çinli şirkətlər ABŞ qadağaları ilə qarşılaşma ehtimalları olduğunu öyrəndi. Bunlardan biri də Xiaomi şirkətidir. Huawei ilə eyni şeyləri yaşamamaq adına Xiaomi şirkəti ABŞ qadağalarının tətbiq edilmə ehtimalına qarşı öz planlarını həyata keçirməyə başlayıb.

    Xiaomi-nin məhsul müdiri Abi Go verdiyi reportajda ABŞ qadağalarına hazırlıqlar gördüklərini bildirdi. İlk məqsəd ABŞ-dan olan aslılığı azaltmaqdır.

            Şirkət rəsmilərinin dediklərinə görə, Xiaomi ABŞ tərəfindən qadağalar ilə üzləşərsə ABŞ şirkətlərindən aslı olmadan öz telefonlarını istehsal etməsi üçün planlar hazırlayıblar və yavaş-yavaş reallaşdırılmağa başlanılıb. Həmçinin rəsmilər deyir ki, hal-hazırda ABŞ ilə Xiaomi arasında heç bir problem yoxdur. Hətta QualcommGoogle kimi Amerika şirkətləri ilə münasibətlər daha da irəliləyir. Lakin ən maraqlı sual budur ki, ABŞ Xiaomi şirkətinə də qadağalar gətirirsə, Xiaomi telefonlarında hansı əməliyyat sistemini istifadə edəcək? Təbii ki, ağla ilk gələn HarmonyOS əməliyyat sistemidir. Ən çox telefon satan 5 şirkətdən biri olan Xiaomi HarmonyOS-a keçərsə, mobil əməliyyat ekosistemində Google Android hegemoniyası ciddi dərəcədə zərər görəcəkdir. 
     
    Linki kopyala