main-post-cover

    Xiaomi açıqladı: 100 Watt sürətli şarj texnologiyası niyə istifadə olunmur?

    Elm & Texnologiya
    05.02.2020
    Nijat Hamid
            2019-da Xiaomi şirkəti 100 Watt sürətli şarj texnologiyasını istifadəçilərə göstərmişdi. 4000 mAh həcmində batareyanı sadəcə 17 dəqiqəyə dolduran bu texnologiyanın nə vaxt istifadəyə veriləcəyi bilinmirdi. Təxminlərə görə bu ilki flaqman modellərdə istifadə ediləcəkdi. Lakin sızan məlumatlara görə flaqmanlarda 66 Watt sürətli şarj texnologiyası istifadə ediləcək. Weibo platforması üzərindən Xiaomi rəsmisi Lu Weibing-ə suallar ünvanlandı.

    Xiaomi rəsmisi Lu Weibing 100 Watt texnologiyasının istifadə edilməməyinə 2 səbəb göstərdi.

            Lu Weibing-in dediklərinə görə yeni texnologiya hazır olsa da hələ istifadə üçün tezdir. Buna əsas 2 səbəb var. 1-ci səbəb odur ki, 100 Watt süper şarj texnologiyası istifadə edildiyi zaman batareyanın həcmi 20% azaldılmalıdır. Bu da 5G çiplərini nəzərə aldığımızda telefonların daha az enerji saxlaması deməkdir. 2-ci səbəb isə 100 watt yüksək dərəcələrdə güc olduğu üçün xüsusi qoruma qatlarından istifadə edilməsi gərəklidir. Bu da telefonun istehsal xərclərini artıracağı üçün satış qiyməti də artacaq. Xiaomi hal-hazırda göründüyü kimi bu cür siyasət ilə davam etmək istəmir.
            2020-də görməsək də 2021-dən etibarən çox güman 100 Watt sürətli şarj texnologiyasına malik telefonları ekosistemdə görməyə başlayacağıq. Ümid edirik ki, bununla yanaşı batareya həcmləri də artar və istifadəçilərə daha uzun enerji saxlayan telefonlar təqdim olunar.
    Linki kopyala