main-post-cover

    Xiaomi Black Shark 2 gamer smartfonunun videosu sızdırıldı

    Elm & Texnologiya
    12.10.2018
    Farid Pardashunas
        Xiaomi Black Shark gamer smartfonu bu ilin əvvəlində Razer Phone-nun ucuz analoqu kimi satışa çıxarılmışdı. İndi isə Razer Phone 2 təqdim olunandan sonra Xiaomi şirkəti öz gamer smartfonunun  ikinci nəslini satışa çıxartmağa hazırlaşır. İnternetdə artıq Black Shark 2-nin əks olunduğu video da yayılıb. Ortaya çıxmış videoda Black Shark 2 smartfonunun yalnız arxa paneli göstərilib. Lakin artıq bilmək olar ki, Black Shark 2-nin də arxa paneli Razer Phone 2-dəki kimi işıqlandırılma sistemli loqoya sahib olacaq. Bundan əlavə olaraq smartfonun kənarlarında işıq diodları da olacaq.. Black Shark 2-nin Snapdragon 845 prosessoru, 8 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunacağı gözlənilir. Güman olunur ki, smartfonun qiyməti 500$ təşkil edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər