
Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
29.09.2023
Emil
Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Earphones adlı naqilsiz qulaqlığını da təqdim edib. Sözügedən yeni naqilsiz qulaqlıq daha çox idmanla məşğul olan şəxslər üçün nəzərdə tutulub. Qulaqlıqların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. Yəni yağış və tər damcıları bu qulaqlıqlar üçün qorxunc deyil. Qulaqlıqların gövdələrində olan xüsusi bərkidici hissə onların qaçış zamanı qulaqlardan düşmələrinin qarşısını almaq üçün nəzərdə tutulub. Smartfona qoşulmaq üçün Black Shark Lucifer Earphones qulaqlığı Bluetooth 5.3-dən istifadə edir. Məlumatda qeyd edilib ki, qulaqlıqlar bir dəfə şarj olunandan sonra 7 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 28 saat təşkil edir. Black Shark Lucifer Earphones 2 həftədən sonra 40$ qiymətində satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
