main-post-cover

    Xiaomi Blackshark gamer smartfonu bençmark testindən keçdi

    Elm & Texnologiya
    16.03.2018
    Emil Nəcəfov
    Yeni sızdırılmış məlumatlar onu göstərir ki, yaxın zamanda Xiaomi şirkətinin hazırladığı Blackshark adlı gamer smartfonu bazara çıxacaq.
        Keçən ay AnTuTu saytında Blackshark adlı smartfon peyda olmuşdu. Bugün isə Blackshark SKR-A0 adlı smartfon məşhur Geekbench saytında aşkar edilib. Geekbench saytının məlumatlarına əsasən smartfon Snapdragon 845 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq. O, Android Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Bir nüvəli testdə smartfon 2452 xal, çox nüvəli testdə isə 8452 xal toplayıb. Çox güman ki, smartfon 18:9 nisbətində ekrana sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı və onun qiyməti barəsində isə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala