
Xiaomi Book 14 noutbuku təqdim edilib
Elm & Texnologiya
04.11.2023
Emil
Xiaomi şirkəti qlobal bazarda Xiaomi Book 14 adlı yeni noutbukunu təqdim edib. Çox güman ki, bu, Çində satılan Redmi Book 14 noutbukunun qlobal versiyasıdır. Beləliklə Xiaomi Book 14 noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 14 düym ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk iki versiyada təqdim edilib. Adi versiya 12-ci nəsil Intel Core i3-1220P prosessoru vasitəsilə çalışır və özündə Intel UHD qrafikasını, LPDDR5 standartlı 8 GB RAM-ı və 256 GB-lıq SSD-ni birləşdirir.

Daha üst səviyyəli model isə Intel Core i5-12500H prosessoru vasitəsilə çalışır və özündə Intel Iris Xe qrafikasını, LPDDR5 standartlı 16 GB RAM-ı və 512 GB-lıq SSD-ni birləşdirir. Hər iki model 56 vatt saat həcmli batareya ilə təchiz olunub və 100 vatt gücündə şarj adapterinə sahibdir. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra noutbuk 12 saat ərzində çalışa bilir. Xiaomi Book 14 HDMI 2.1 və USB-C 3.2 Gen 2 girişlərinə sahibdir. Şirkət sözügedən noutbukun hansı qiymətə satılacağı barəsində məlumat verməyib.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
