Logo
    main-post-cover

    Xiaomi bu il 150 MP-lik kameraya malik smartfon təqdim edə bilər

            Xiaomi şirkəti keçən il dünyanın ilk 108 MP-lik kamerasına malik smartfonunu təqdim etmişdi. Bu smartfonda istifadə olunan kamera sensorları isə Samsung tərəfindən hazırlanmışdı. İndi isə yeni çıxan xəbərlərə görə Xiaomi bu səfər 150 MP-lik kamera sensoruna malik smartfon üzərində işləyir və yenə kamera sensoru Samsung tərəfindən hazırlanır.

    Ice Universe ləqəbli insayder tərəfindən sızdırılan məlumata görə 2020-nin 4.rübündə 150 MP-lik Xiaomi smartfonu ekosistemdə öz yerini tutacaq. 

            Ice Universe-ə görə 150 MP-lik sensor Samsung tərəfindən hazırlanacaq. Lakin ilk olaraq Xiaomi smartfonlarında istifadə olunacaq. Həmçinin Samsung tərəfindən verilən məlumatlara görə 150 MP-lik kamera sensorları üçün Ar-Ge işləri artıq tamamlanıb. Sensorun ölçülərinin təxminən 2.5 sm ölçülərində olacağı deyilir və NonaCell adı verilən texnologiyadan istifadə edəcək. 
            Nonacell texnologiyası hesabına 9 piksel birləşdiriləcəyi üçün şəkillər 16 MP piksel sayına bərabər olacaq. Həmçinin OppoVivo smartfonları da bu kamera sensorundan istifadə edəcək. Lakin onlar 2021-in əvvəllərində bu cür smartfonlar istehsal edəcəklər. İce Universe qeyd edir ki, Samsung 150 MP-lik kamera sensorlarını tamamladığı üçün artıq 250 MP-lik sensorlar üzərində işləməyə başlayıb. Keçən səfər xəbərdə qeyd etdiyimiz kimi şirkətin ən əsas hədəfi 600 MP-lik kamera sensorları hazırlamaqdır. Görünən odur ki, Meqapiksel Müharibəsi daha da qızışacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi bu il 150 MP-lik kameraya malik smartfon təqdim edə bilər | Technote