Xiaomi büdcəli Redmi 6 və Redmi 6A modellərini təqdim etdi
Elm & Texnologiya
12.06.2018
Farid Pardashunas
Bügun Xiaomi şirkəti çoxdan gözlənilən
Redmi 6 və Redmi 6A büdcəli smartfon modellərini təqim etdi. Maraqlısı ondadır
ki, uzun fasilədən sonra şirkət yenidən MediaTek prosessorlarına qayıdıb. Belə
ki, Redmi 6 modeli 2.0 GHz tezlikdə çalışan 8 nüvəli Helio P22 prosessoru və PowerVR
GE8320 videosürətləndirici çip ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, əvvəlki
məlumat sızıntılarına baxmayaraq sözügedən model ekran üzərindəki çıxıntı hissəyə
sahib deyil. Smartfon 18:9 nisbətli 5.45 inç HD+ (1440x720 piksel keyfiyyətli)
ekrana sahibdir.
Digər texniki göstəricilərə gəldikdə isə Redmi 6 3/4 GB RAM,
32/64 GB daxili yaddaş (microSD dəstəkli) və 3000 mAh enerji tutumlu batareya
ilə təchiz olunub. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası
yerləşir. Kameralara gəldikdə isə Redmi 6 modeli 12 MP + 5 MP ikili arxa kamera
və 5 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun həm arxa həmdə ön
kamerası süni zəka texnologiyasından istifadə özəlliyinə sahibdir. Həmçinin
ön kameradan istifadə edərək istifadəçi smartfonu Face Unlock vasitəsilə
blokdan da çıxara bilər. Üstəlik hər iki kamera portret rejimini də dəstəkləyir.
Redmi 6A modelini əsas modeldən fərqləndirən
özəllik öndan ibarətdir ki, Redmi 6A 2.0 GHz tezlikdə çalışan 4 nüvəli MediaTek
Helio A22 prosessoru ilə təchiz olunub. Sözügedən modelin ekranı Redmi 6-nın
ekranı kimidir. Həmçinin Redmi 6A 2 GB RAM, 16 GB daxili yaddaş, 3000 mAh
enerji tutumlu batareya, bir ədəd 13 MP-lik arxa kamera və 5 MP-lik ön kamera
ilə təchiz olunub. Smartfonda barmaq izi skanı texnologiyası yoxdur. Hər iki
smartfon MIUI 10 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə
çalışır. Çində Redmi 6 124$ qiymətinə satılacaq, Redmi 6A-nın qiyməti isə
94$-dan başlayacaq. Satışlara 3 gündən sonra start veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)