main-post-cover

    Xiaomi CC9 smartfonunun promo fotoları təqdim olundu

    Elm & Texnologiya
    26.06.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin CEO-su Lei Jun Weibo sosial şəbəkəsindəki hesabında təqdimata hazırlaşan Xiaomi CC9 smartfon modelinin promo fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş fotolardakı smartfon ağ qradient rəngə sahibdir. Fotolardan da görmək olar ki, smartfon şüşə materialdan hazırlanmış gövdə və üçlü arxa kamera ilə təchiz olunub. Cihazın yuxarı hissəsində isə infraqırmızı portun və şarj prosesi üçün USB-C girişinin olduğunu görmək olar.

        Son məlumat sızıntılarına əsasən Xiaomi CC9 modeli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, Snapdragon 730 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586) + 16MP + 12 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun 378$ qiymətində satılacağı güman edilir. Şirkət Xiaomi CC9 smartfonunu CC9e modeli ilə birlikdə 2 iyul tarixində Çində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər