main-post-cover

    Xiaomi CC9-un tam kopyası olan Mi9 Lite təqdim olunub - QİYMƏTLƏR

    Elm & Texnologiya
    17.09.2019
    Emil Nəcəfov
        Xiaomi şirkəti dünən Çində Mi9 smartfon modelinin Lite versiyasını təqdim etdi. Yeni model üçlü arxa kamera, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, sürətli enerji yığma texnologiyalı böyük həcmli batareya və NFC modul əldə etdi. Əvvəlcədən də güman edildiyi Mi9 Lite modeli Çində satılan CC9 smartfonunun tam kopyasıdır. Smartfonlar həm xarici görünüşcə həm də texniki göstəricilər ilə bir-birilərinə bənzəyirlər. Mi9 Lite modeli Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekrana sahibdir. Ekranın özü isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
        Əsas texniki göstəricilərə gəldikdə smartfon 8 nüvəli Snapdragon 710 prosessoru, Adreno 616 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqmalı Sony IMX586 kamera modulu) + 8 MP (118 dərəcə bucaq təsvirli genişbucaqlı obyektiv) + 2 MP (ToF modul) üçlü arxa kamera, 32 MP (f/2.0 diafraqmalı) ön kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Avropa bazarında smartfon 20 sentyabr tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model 319 avroya, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 349 avroya satılacaq. 
    Linki kopyala