Logo
    main-post-cover

    Xiaomi CyberDog 2 robotu təqdim edilib - QİYMƏTİ

        Xiaomi şirkəti itə bənzər CyberDog 2 adlı 4 ayaqlı robotunu təqdim edib. Bu, birinci model CyberDog-un davamçısıdır. Qeyd etmək lazımdır ki, birinci model CyberDog bir neçə il bundan öncə təqdim edilmişdi. CyberDog 2 öz növbəsində təkmilləşdirilmiş zəkası ilə seçilir. Sözügedən yeni 4 ayaqlı robot kompakt ölçülərə və 8.9 kq çəkiyə sahibdir.
        Robotun konstruksiyasında reallaşdırılmış yeni sistem onun qəliz manevrləri reallaşdırmağa imkan verir. Ətraf mühitin təyin və qərarların qəbul edilməsi üçün nəzərdə tutulmuş Fusion adlı sistem özündə ümumilikdə 19 ədəd sensoru birləşdirir. Bu sensorlar robotun görməsi, eşitməsi və onun ətraf mühitdə naviqasiyası üçün nəzərdə tutulub. CyberDog 2-nin əsasını açıq mənbəli koda sahib proqram təminatı təşkil edir. CyberDog 2 yaxın zamanda Çində satışa çıxacaq və 1789$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər