Xiaomi ekranın istənilən hissəsinə inteqrasiya olunan barmaq izi skanı texnologiyasını patentləşdirib

Xiaomi ekranın istənilən hissəsinə inteqrasiya olunan barmaq izi skanı texnologiyasını patentləşdirib

Texnologiya
07.01.2022 PAYLAŞIM

    Ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib smartfonlar hələ 2018-ci ildə satışa çıxmağa başlamışdılar. Lakin bu texnologiyadan şirkətlər aktiv şəkildə 2019-cu ildən istifadə etməyə başladılar. Xiaomi şirkəti isə sözügedən texnologiyanın inkişafına təkan vermək niyyətindədir. Belə ki, şirkət barmaq izi skanını ekranın istənilən hissəsinə inteqasiya etməyə imkan verən texnologiyanın patentini əldə edib. Ayrı-ayrı hallarda müasir barmaq izi skanı texnologiyaları öz böyük ölçüləri ilə fərqlənirlər. Bəzi hallarda onlar smartfon ekranının yarısını əhatə edirlər. Lakin əksər hallarda ekrana inteqrasiya edilən barmaq izi skanı texnologiyasının ölçüsü 1 sm-dən böyük olmur və əsasən ekranın aşağı hissəsinə yerləşdirilir.

    Çinin patentlər üzrə agentliyinin verdiyi məlumata əsasən isə Xiaomi şirkətinin yeni texnologiyası barmağın ekrandakı müyyən hissəyə toxundurmaq prosesinə ehtiyac duymadan tez bir zamanda smartfonu blokdan çıxartmağa imkan verəcək. Xiaomi-nin yeni barmaq izi skanı texnologiyasının çalışması üçün infraqırmızı LED elementlərdən ibarət xüsusi şəbəkədən istifadə edilir. Həmin infraqırmızı LED elementlər sensor layı ilə ekran arasında olan orqanik işıq diodları üzərlərində yerləşirlər. Sensor layı öz növbəsində barmağın ekrandakı istənilən hissəyə toxunuşunu qeydiyyata alaraq barmağın formasını və ekran üzərindəki yerləşdiyi yeri təyin edir.


    Daha sonra LED elementlər barmağın ekran üzərində yerləşdiyi yerə infraqırmızı işıq buraxır. Bu halda ekranın digər hissələrində olan LED elementlər işə düşmürlər. Barmaq yastığının işığı əks etdirməsindən sonra barmaq izi öz növbəsində proyeksiya şəklində qəbulediciyə ötürülür. Əldə edilmiş məlumatlar əsasında smartfon barmaq izi xəritəsini yaradır və onu əvvəlki nümunələr ilə müqayisə edir. Müqayisə zamanı nümunələr bir-birilərinə oxşardırlarsa, smartfon blokdan çıxarılacaq. Qeyd etmək lazımdır ki, Xiaomi-nin sözügedən texnologiyanı patentləşdirməsi o demək deyil ki, o, dəqiq şəkildə şirkət smartfonlarında reallaşdırılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar veri..

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlum..


Huawei bu il HiSilicon Kirin prosessorlarının istehsalını bərpa edəcək

2019-cu ilə kimi smartfon bazarında 4 böyük mobil prosessor istehsalçısı mövcud idi.

×