Logo
    main-post-cover

    Xiaomi Electric Scooter 4 Go adlı yeni elektrikli samokat təqdim edilib

    Elm & Texnologiya
    26.07.2023
    Emil
        Xiaomi şirkəti Electric Scooter 4 Go adlı yeni elektrikli samokatını təqdim edib. Sözügedən yeni elektrikli samokat şəhər daxilində gündəlik istifadə üçün nəzərdə tutulub və saatda 20 km sürət yığmaqla yanaşı 3 səyahət rejimini təklif edir. Samokat polad materialdan hazırlanmış gövdəyə sahibdir və onun çəkisi 13.7 kq təşkil edir. Samokatdan maksimum 90 kq-a qədər olan çəkiyə sahib şəxslər istifadə edə bilərlər. Xiaomi Electric Scooter 4 Go-nun mühərriki 450 vatt gücündədir.
        İstifadəçi öz istəyinə uyğun olaraq 3 səyahət rejimindən birini seçə bilər. Təklif edilən səyahət rejimləri öz aralarında samokatın yığdığı sürət baxımından fərqlənirlər. Beləliklə samokat S rejimində saatda 20 km sürət, D rejimində saatda 15 km sürət, piyada rejimində isə saatda 6 km sürət yığa bilir. Samokat bir dəfə şarj olunandan sonra 18 km yol qətt edə bilir. Onun batareyasının həcmi isə 165 vatt saat təşkil edir.
        Qeyd etmək lazımdır ki, samokatın ön hissəsində elektron tormozlama, arxa hissəsində isə ənənəvi ayaq tormozlama sistemi mövcuddur. Samokat özündə 8.1 düym ölçülü təkərləri birləşdirir. Buna görə də sözügedən samokat vasitəsilə səyahət olduqca komfortlu olmalıdır. Samokatın göstəricilərini həm onun panelində həm də xüsusi mobil tətbiqdə izləmək mümkün olacaq. Xiaomi Electric Scooter 4 Go-nun qiyməti və satış tarixi barəsində məlumat verilməyib. Lakin bəzi məlumat sızıntılarına əsasən onun qiyməti 390$ təşkil edəcək.
    Paylaş
    Bənzər xəbərlər