Logo
    main-post-cover

    Xiaomi elektromobilinin prototipləri test olunan zaman görülüblər

        Sincan-Uyğur Muxtar Rayonu yollarında Xiaomi elektromobilinin 4 ədəd prototipinin test olunduğu görüntülənib. Məlumatda qeyd edilib ki, eyni vaxtda sözügedən muxtar rayona Xiaomi-nin rəhbərləri də yollanıblar. Xiaomi-nin CEO-su Lei Jun və vitse-prezidenti Lu Weibing muxtar rayona şirkətin elektromobillərinin test olunduqları vaxtda səyahət ediblər. Yollarda test edilmiş elektromobillərin gövdələri xüsusi örtüyə sahib olublar. Məlumatda qeyd edilib ki, yollarda elektromobillərin lidar texnologiyasına sahib olan versiyaları və lidarsız versiyaları görülüb.
        Çox güman ki, Xiaomi elektromobilinin kommersiya məqsədli versiyası satışa çıxacağı komplektasiyadan asılı olaraq lidarnan və ya lidarsız olacaq. Bu, Çin şirkətləri üçün adi bir praktikadır. Çinin avtomobil istehsalçıları lidar texnologiyasını sürücüyə yardım sistemlərində istifadə edirlər. Lakin daha büdcəli avtomobillərdə bu texnologiya mövcud deyil. Qeyd etmək lazımdır ki, Xiaomi elektromobil biznesinə daxil olduğunu 2021-ci ildə anons etmişdi. Şirkət öz ilk elektromobilinin istehsalına 2024-cü ildə start verməyi planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər