main-post-cover

    'Xiaomi' əməkdaşı, anons olunmamış Redmi Note 5-i ifşa etdi

    Elm & Texnologiya
    02.10.2017
    Emil Nəcəfov
    Çində “Xiaomi” şirkəti tərəfindən keçirilmiş tədbirlərdən birində şirkət əməkdaşı, hələ anonsu olmamış Redmi Note 5 ilə selfi foto çəkdirib.
    Təbii ki, bu hadisə gözdən qaçmayıb. Sözügedən cihaz, xüsusi qoruyucu keysin daxilində olsa belə, istifadəçilər onu yaxından incələyə biliblər. İlk öncə onlar, standart olmayan dizayna sahib ikili arxa kameraya fikir veriblər. Arxa paneldə həmçinin barmaq izi skanı da yerləşir.

    Məlumata əsasən Redmi Note 5, 8 nüvəli Snapdragon 630 və ya 660 prosessoru, 3 və ya 4 GB RAM, 32 və ya 64 GB daxili yaddaş, sürətli enerji yığma .funksiyasına sahib 3790 mAh enerji tutumlu batareya, 12 MP-lik arxa kamera, 13 MP-lik ön kamera və USB Type-C girişi ilə təchiz olunacaq. Cihazın, Android 7.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışacağı güman edilir. Smartfonun təqdimat və çıxış tarixi barədə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala