
Xiaomi flaqman smartfonları üçün 3 nanometrlik prosessorunu gələn il təqdim edəcək
Elm & Texnologiya
27.11.2024
Emil
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessoru üzərində çalışır və o, 3 nanometrlik texnoloji proses əsasında istehsal olunacaq. Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxdı ki, şirkət 3 nanometrlik prosessorunun hazırlanma prosesini uğurla yekunlaşdırıb. Yeni məlumatda qeyd edilib ki, şirkət 3 nanometrlik fərdi prosessorunu artıq 2025-ci ildə təqdim edəcək.
Bununla da mobil prosessorlar bazarında Qualcomm və MediaTek şirkətləri üçün yeni rəqib ortaya çıxa bilər. İnsayderlərin sözlərinə əsasən Xiaomi-nin yeni fərdi prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Gözləntilərə əsasən sözügedən prosessor şirkətin flaqman smartfonlarında istifadə edilə bilər. Bunun hətta gələn il təqdim olunacaq Xiaomi 16 smartfonlarından başlayacağı gözlənilir. Qeyd etmək lazımdır ki, bu, Xiaomi-nin fərdi prosessorunu hazırlamaq üzrə ilk cəhdi deyil. Belə ki, şirkətin 2017-ci ildə təqdim etmiş olduğu Mi 5C smartfonu Xiaomi tərəfindən hazırlanmış Surge S1 adlı prosessor vasitəsilə çalışırdı.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
