
Xiaomi ilk stolüstü kompüterini təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
30.11.2022
Emil
Artıq məlumdur ki, Xiaomi şirkəti sabah öz növbəti təqdimat tədbirini keçirdəcək. Baş tutacaq tədbirdə şirkət Xiaomi 13 smartfon seriyasını, Watch S2 smart saatını, naqilsiz Buds 4 qulaqlıqlarını və MIUI 14 istifadəçi interfeysini təqdim edəcək. Lakin indi məlum olub ki, şirkət sabahkı tədbirdə daha bir məhsulunu təqdim edəcək. Söhbət, Xiaomi-nin ilk stolüstü kompüterindən gedir. Şirkət tərəfindən təqdim edilmiş rəsmi tizer fotosuna əsasən Xiaomi-nin ilk stolüstü kompüteri Xiaomi Mini Host adını əldə edəcək. Sözügedən cihaz barəsində ətraflı bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, o, kompakt ölçüyə sahib olacaq və Apple şirkətinin Mac mini kompüteri ilə rəqabət aparacaq.
Paylaş
Bənzər xəbərlər