main-post-cover

    Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!

    Elm & Texnologiya
    07.06.2024
    Farid Pardashunas

         Xiaomi, gələcəkdə özünün insanabənzər robotu CyberOne-u istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır. O, robotlardan elektronika, maşınqayırma, süni intellekt və avtomobil kimi müxtəlif sektorlarda istifadə etməyi düşünür.

         Şirkətin robot texnikası bölməsi olan Xiaomi Robotics, robotlarını daha bacarıqlı və ağıllı hala gətirərək şirkətin istehsal proseslərinə daha çox töhfə verməyi planlaşdırır. Xiaomi, elektronika, maşınqayırma, süni intellekt və avtomobil kimi müxtəlif sektorlarda robotlardan istifadə etməyi düşünür. Şirkətin insanabənzər robotu CyberOne, yüksək güc sıxlığı olan aktuatorlarla 300 Nm-ə qədər fırlanma anı əldə edə bilir. Təkmil görmə qabiliyyətinə malik robot, real dünyanın üçölçülü virtual görüntüsünü yarada bilir. Bundan əlavə, o, həmçinin insan duyğularını da aşkar edə bilir.
         Boyu 177 sm, çəkisi 52 kq olan robotun 21 dərəcə sərbəst hərəkəti 0.5 ms cavab müddəti var. Bu yolla o, insan hərəkətlərini tam şəkildə simulyasiya edə bilir. Xiaomi-nin özünü inkişaf etdirdiyi insanabənzər ikiayaqlı idarəetmə alqoritmi sayəsində CyberOne-un yerişinin və duruşunun təbii və sabit olduğu bildirilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
    poco-m6-plus-5g-nin-fotosu-ve-bezi-texniki-imkanlari-ortaya-cixiblar
    Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
    xiaomi-nin-ilk-qatlana-bilen-qapaqli-smartfonu-qlobal-bazarda-da-satilacaq
    Məşhur insayder Redmi K80 Pro-nun texniki imkanları ilə bağlı təfərrüatları bölüşüb
    meshur-insayder-redmi-k80-pro-nun-texniki-imkanlari-ile-bagli-teferruatlari-bolusub
    Orta büdcəli Redmi 13 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-redmi-13-4g-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi 14 CIVI-nin texniki göstəriciləri məlum olub
    xiaomi-14-civi-nin-texniki-gostericileri-melum-olub