main-post-cover

    Xiaomi Mi 10 Explorer Edition modeli hazırlanır

    Elm & Texnologiya
    10.03.2020
    Farid Pardashunas
        2018-ci ildən başlayaraq Xiaomi şirkəti öz flaqman smartfon modelləri ilə birlikdə onların Explorer Edition adlı xüsusi versiyalarını da təqdim edir. Həmin versiyalar adi modellərdən şəffaf gövdələri ilə fərqlənirlər. Son məlumat sızıntılarında qeyd olunurdu ki, bu il şirkət bu cür modelləri təqdim etməyəcək. Həmçinin Mi 10-nun təqdimatında da şirkət smartfonun Explorer Edition versiyasını təqdim etmədi.
        Lakin buna baxmayaraq görünür, şirkət yenə də bu il Mi 10 Explorer Edition modelini təqdim edəcək. Bu barədə Gizmochina saytı xəbər verib. Belə ki, Xiaomi-nin marketinq şöbəsi sözügedən smartfon modelinin fotosunu təqdim edib. Lakin onun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı bilinmir. Bununla yanaşı sözügedən versiyasının hansı səbəbə görə adi Mi 10 ilə birlikdə təqdim olunmadığı da məlum deyil.
        Buna baxmayaraq təqdim edilmiş fotolardan da görmək olar ki, Mi 8 Explorer EditionMi 9 Explorer Edition modelləri kimi Mi 10 Explorer Edition da şüşə materialdan hazırlanmış şəffaf arxa panel əldə edəcək. Məlumatda qeyd edilib ki, arxa panel smartfonun sahib olduğu komponentlərdən ibarət foto deyil əsl görünən komponentlərdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər