Logo
    main-post-cover

    Xiaomi Mi 10, koronavirus səbəbilə internet üzərindən təqdim oluna bilər

            Xiaomi şirkətinin bu ilki flaqman modeli olan Mi 10 üçün təqdimat keçirilməyə bilər. Buna əsas səbəb olaraq Koronavirus təhlükəsi göstərilir. Bu halda təqdimat internet üzərindən keçirilərək telefon istifadəçilərə təqdim oluna bilər. 

    Black Shark markasının CEO-su Lou Yuzhou, Çinin hal-hazırda təqdimat üçün uyğun olmadığını bildirdi.

            Xiaomi şirkətinin son flaqman modeli Mi 10-nun, Samsung Galaxy S20 təqdimatından daha əvvəl təqdim olunması onsuz da bilinən bir məlumat idi. 11 Fevralda Samsung-un "Unpacked" konfransından daha əvvəl təqdimatın olması planlanırdı, lakin həm Black Shark CEO-sunun dedikləri, həm internetə sızdırılan məlumatlara əsasən Çin təqdimat üçün uyğun vəziyyətdə deyil. Qeyd edək ki, Mi 10 flaqman modeli yeni nəsil  prosessor Snapdragon 865 istifadə edən ilk smartfon olacaq. 
            Hal-hazırda Xiaomi tərəfindən təsdiqlənmiş bir xəbər yoxdur. İstifadəçilər olaraq biraz daha səbr edərək şirkətin hansı addımı atacağını görəcəyik.
    Paylaş
    Bənzər xəbərlər