main-post-cover

    Xiaomi Mi 10-nun təqdimat posteri çıxdı: Təqdimat tarixi rəsmiləşdi

    Elm & Texnologiya
    20.01.2020
    Nijat Hamid
            Xiaomi şirkətinin bir sonrakı flaqman modeli olan Xiaomi Mi 10-nun posteri çıxdı. Fevral ayından təqdim olunması planlanan telefonun təqdimat tarixi beləcə rəsmiləşmiş oldu. Lakin posterdə diqqət çəkən bir nöqtə Mi Alpha modelində olduğu kimi kamera modulundan telefonun aşağısına doğru lentin getdiyini görmək mümkündür. Qeyd edək ki, Mi 10 SoC 865 prosessorunu istifadə edən ilk telefon olacaq.

    Xiaomi, Mi 10 flaqman modelini Fevralın 11-ində təqdimat keçirərək istifadəçilərə təqdim edəcək. 

            Qeyd edək ki, poster Çinin sosial şəbəkəsi olan Weibo platformasında paylaşılıb. Cihazın Mi Mix Alpha modelində olduğu kimi uzun bir lentdə kamera modulunun yerləşdiyini görmək mümkündür. Ümumi 4 kamera sensorunun olduğu görülür. İri olan kamera sensorunun 108 Mp-lik sensor olduğunu demək mümkündür. Dizaynın nə qədər doğru olub-olmadığı bilmək çətin məsələdir. Təqdimata az qaldığını nəzərə alsaq yaxın zamanlarda hər şey tam bəlli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər