main-post-cover

    Xiaomi Mi 10-nun təqdimat tarixi rəsmi olaraq elan edildi

    Elm & Texnologiya
    08.02.2020
    Farid Pardashunas
        Xiaomi şirkəti sonunda növbəti flaqman smartfon seriyası olacaq Mi 10-nun təqdimat tarixini elan etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Xiaomi Mi 10 flaqman smartfon seriyasının təqdimatı 13 fevral tarixində baş tutacaq. Əvvəlcədən də güman edildiyi kimi koronavirus səbəbilə şirkət öz yeni smartfonlarının təqdimatlarını online təqdimat formatında keçirdəcək. Smartfonların qlobal versiyalarının təqdimatları isə 23 fevral tarixində keçiriləcək. Yəni MWC 2020 sərgisinin startından bir gün öncə.
        Qeyd etmək lazımdır ki, sözügedən yeni flaqman smartfon seriyasına Mi 10 və Mi 10 Pro modelləri daxil olacaqlar.Qeyd etmək lazımdır ki, hər iki smartfon AMOLED ekrana sahib olacaq. Ekranların üzərlərində isə 1 ədəd ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşəcək. Bununla yanaşı smartfonlar Snapdragon 865 prosessoru və 5G modem ilə də təchiz olunacaqlar. Kameralara gəldikdə isə hər iki smartfonun arxa kameralarının əsas modulları 108 MP-lik olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər