main-post-cover

    Xiaomi Mi 10 Pro 5G flaqman smartfon modelinin texniki özəllikləri sızdırıldı

    Elm & Texnologiya
    30.01.2020
    Farid Pardashunas
        İnternetdə Xiaomi Mi 10 Pro 5G flaqman smartfon modelinin texniki özəllikləri sızdırılıb. Belə ki, Xiaomishka ləqəbli məşhur insayder smartfonun ekrannda əks olunmuş təsvirin fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumat sızıntısına əsasən smartfon Full HD+ keyfiyyətli 6.4 düym OLED ekrana sahib lacaq. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşəcək.
        Əas texniki göstəricilərə gəldikdə Mi 10 Pro 5G smartfonu Snapdragon 865 prosessoru, Snapdragon X55 5G modemi, 16 GB RAM, 512 GB daxili yaddaş həcmi, 108 MP + 16 MP + 12 MP + 5 MP dördlü arxa kamera və 5250 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfonda 66 vatt gücündə sürətli şarj texnologiyasının da reallaşdırılacağı gözlənilir. Mi 10 Pro 5G MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon gələn ay adi Mi 10 modeli ilə birlikdə təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər