Reklam
Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı

Xiaomi, Mi 10 Pro qutusundakı yazısı ilə Huawei şirkətini trolladı

Texnologiya
07.04.2020 PAYLAŞIM

    Huawei şirkəti öz rəqibləri olan Apple Samsung-u tez-tez trollamağı sevir. Belə ki, Huawei həmin şirkətlərin cihazlarındakı mənfi özəllikləri qeyd edərək öz smartfonlarındakı üstünlükləri ön plana çəkir. Lakin bu dəfə troll qurbanı məhz Huawei olub. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə Huawei şirkətini Xiaomi trollayıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət qlobal bazarda Mi 10Mi 10 Pro modellərini təqdim etmişdi.

    Mi 10 Pro-nun Avropa bazarındakı qiyməti Huawei P40 Pro ilə eynidir. Lakin Mi 10 Pro-nun bir üstünlüyü var. Təbii ki, söhbət, Google servislərindən gedir. Biz bilirik ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti öz yeni smartfon modellərinə Google servislərini inteqrasiya edə bilmir. Google servislərinin yerinə Huawei şirkəti AppGallery tətbiqlər mağazasını və Huawei Mobile Services servislərini təqdim edir.

Bənzər xəbər


    Xiaomi isə bu məsələdə öz üstünlüyünü diqqətə çatdırmaq üçün Mi 10 Pro modelinin qutusunda “with easy access to the Google apps you use most” (sizin ən çox istifadə etdiyiniz Google tətbiqlərinə rahatlıqla giriş ilə) yazısını qeyd edib. Təbii ki, yazıda Huawei şirkətnin adı çəkilmir. Lakin ad olmasa da Xiaomi-nin verdiyi mesajın kimə ünvanlandığı tam aydındır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.


OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYM..

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət N..


Xiaomi aktiv soyutma sisteminə sahib bel çantasını təqdim edib - QİYMƏTİ

Bu bel çantasının əsas özəlliyi ondan ibarətdir ki, o, aktiv soyutma sisteminə sahibdir və onu iki s..

×