main-post-cover

    Xiaomi Mi 7-nin naqilsiz şarj ilə gəlməsi gözlənilir

    Elm & Texnologiya
    22.09.2017
    Orxan Jafarli
    Münasib qiymətli məhsullarıyla könüllərdə taxt quran Xiaomi, Apple-ın da ilk dəfə bu il modellərində istifadə etdiyi  naqilsiz şarj xüsusiyyətini  yeni məhsullarında istifadə edəcəkmi?
    Uzun bir müddətdir Samsung-un smartfonlarda etdiyi irəliləyişlərdən sonra Apple-ın da yeni iPhone modellərində istifadə etdiyi naqilsiz şarj xüsusiyyəti, görünən o ki Xiaomi-yi də hərəkətə keçirib.
    İki kamera qurğusunun istifadə edilməsi iPhone 7 Plus modelindən sonra artım göstərdiyi kimi naqilsiz şarj dəstəkli smartfonları iPhone 8 ailəsi və iPhone X-dən sonra daha çox görəcək kimiyik.
    Bu baxımdan, smartfon bazarının əsas oyunçularından biri olan Xiaomi, Qi naqilsiz şarj platformasını inkişaf etdirmək üçün texnologiya şirkətləri tərəfindən təşkil edilən Wireless Power konsorsiyumuna qatıldı.
    Apple-da keçdiyimiz fevral ayında bu platformada iştirak etmiş və ardında təqdim etdiyi ilk iPhone modellərində naqilsiz şarj xüsusiyyətinə yer vermiş olması, Xiaomi-nin də  yeni flaqman modelində naqilsiz şarj xüsusiyyətinin istifadə ediləcək olmasına bir işarə olaraq göstərilir.
    Xiaomi tərəfindən isə hələ mövzuyla əlaqədar rəsmi bir şərh gəlmiş deyil ancaq şirkətin artıq üzv olaraq görünməsi də ehtimalları artırır.
    Xiaomi-nin yeni flaqman modelində Qualcomm-un ən yeni prosessorunun istifadə edilməsi gözlənilərkən 6 inç böyüklüyündə çərçivəsiz bir ekranın iştirak edəcəyi düşünülür.
    Xiaomi Mi 7 modelində 8 GB RAM, 64/128 GB daxili yaddaş sahəsi, 21 MP kamera ilə ekrana inteqrasiya etmiş bir barmaq izi skanı yada üz tanıma texnologiyasından istifadə edilməsi gözlənilir. Cihazın rəsmi təqdimat tarixi isə hələ qeyri-müəyyənliyini qoruyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər