main-post-cover

    Xiaomi Mi 7-nin yeni fotosu sızdırıldı

    Elm & Texnologiya
    22.01.2018
    Farid Pardashunas
    “Xiaomi” şirkəti rəsmi olaraq gələn ayın sonunda keçiriləcək MWC 2018 tədbirində iştirak edəcəyini elan edib.
    Güman olunur ki, həmin tədbirdə şirkət öz yeni flaqman modeli olacaq Xiaomi Mi 7-ni təqdim edəcək. Bir neçə gün bundan öncə sözügedən smartfonun arxa panelinin fotosu sızdırılmışdı. İndi isə smartfonun render fotosu internetdə yayılıb. Yayılmış render foto isə bir neçə gün bundan öncə sızdırılmış arxa panel fotodan fərqlənir. Bu barədə Gizmochina saytı xəbər verib. Yeni yayılmış fotoda minimal çərçivələrə sahib smartfon əks olunub.

    Xarici görünüşcə o, Mi Mix 2-yə bənzəyir. Smartfonun arxa panelində ikili arxa kamera var. Kameranın aşağı hissəsində isə barmaq izi skanı yerləşdirilib. Çox gümanki smartfonun arxa paneli şüşədən hazırlanacaq. Bu isə öz növbəsində naqilsiz şarj özəlliyinin olacağını sübut edir. Məlumata əsasən bu smartfon şirkətin ilk süni zəka texnologiyasına sahib smartfonu olacaq. Süni zəka isə əsasən fotoların redaktə olunması üçün istifadə olunacaq. Lakin yayılmış fotonun 100% Xiaomi Mi 7-yə aid olduğunu da söyləmək olmaz. Hər halda yaxın zamanda hər şey məlum olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər