Xiaomi Mi 8 almağa dəyərmi ? (Ətraflı İcmal)

30.08.2018 0 PAYLAŞIM 1068 OXUNMA

31 May tarixində Xiaomi rəsmi olaraq Mi 8 modelini təqdim etdi və biz də Technote olaraq bu modeli əldə etdik. Uzun müddət istifadə etdikdən sonra telefon haqqında öz fikirlərimizi, müsbət və mənfi tərəflərini almaq istəyən, qərarsız qalan istifadəçilərimizə kömək etmək məqsədilə yazdıq. ( Məqalə daxilində çox parametr mövzularına girmədən standart bir istifadəçiyə maraqlı olan, almadan öncə bilmək istədiyi mövzulara aydınlıq gətirdik )

1. Telefonu necə və hardan almaq olar ? Çin versiya və Qlobal versiya arasındakı fərqlər nələrdir? Əgər Çin versiya almışıqsa, necə Qlobal Rom yaza bilərik ?    

İlk öncə onu deyək ki, Mi 8 modeli elə tez satıldı ki, Xiaomi stok problemi ilə üzləşdi. Yəni ilk partiya üçün çıxarılan modellər Çində gözləniləndən daha tez satıldığı üçün telefonu ilk aylarda tapmaq mümkün olmadı. Hal-hazırda ölkəmizdə telefonu Aliexpress üzərindən, Dubaydan satış edən saytlar və yerli mağazalardan almaq olar. Əgər Aliexpress'dən çin versiya Mi 8 alsanız, satıcılar cihazın bootloader kilidini açaraq qlobal rom yazıb göndərəcəklər. Yəni, telefona bir növ müdaxilə etmiş olurlar. Bunun mənfi tərəfləri Google Pay telefonda işləməyəcək, Play Store cihazı sertifikatsız hesab edəcək, Netflix kimi bəzi proqramlar Play Store üzərindən yükləmək mümkün olmayacaq və s. Aliexpress'də həmçinin rəsmi qlobal versiya Mi 8-lər də satılır, lakin çin versiyasına nəzərən daha bahadır. Məsləhətimiz odur ki, 1-2 ay daha gözləyib rəsmi qlobal versiyaların satışda çoxalmasını gözləməkdir.

Qeyd: Çin versiyaya qlobal rom yazmaq üçün cihazın bootloader kilidi açmaq lazımdır.Sonra 15 gün ərzində Xiaomin təsdiqini gözləmək lazımdır. Rəsmi saytdan romu yükləyib Mİ Flash Tool proqramı ilə cihaza qlobal rom yazmaq mümkündür. Lakin cihazın brick olma ehtimalı çoxdur deyə bilən birisinə etdirin.

2. Telefonun sürəti, performansı və batareya saxlama qabiliyyəti necədir ?  Digər telefonlardan fərqi önə çıxırmı ?    

İlk öncə onu qeyd edək ki, telefon Android 8.1 OREO işlədir və Xiaominin vəd etdiyi MİUİ 10 yerinə MİUİ 9.5 (MİUİ 10 Sentyabrda çıxacaq) versiyası ilə gəlir. Telefon hal-hazırda android ekosistemindəki ən güclü prosessor olan Snapdragon 845 ilə işləyir. Bu səbəbdən telefon çox sürətli işləyir və donma/tutulma, animasiyalar arası yavaşlama, gec açılma kimi heç bir problem ilə üzləşmədik. Telefonun 3400 mAh-lıq batareyası olmasına baxmayaq 1 gün telefonu rahat işlətmək mümkün olur. SoT (screen on time) isə adətən 10 saata yaxın olur. Yəni 10 saat telefon ilə fasiləsiz məşğul olsanız, oyun oynayıb, musiqi dinləyib, sosyal medyada gəzsəniz  9-10% batarya qalacaq. Yəni MİUİ 9.5Android 8.1 o dərəcə yaxşı optimizasiya edilib. Lakin benchmark testlərinə baxsaq telefonun SD 845 işlədən Oneplus 6 və digər 1-2 telefondan daha az xal topladığını görə biləcik. 

Bunun səbəbi Xiaomi Mi 8-də istifadə edilən Snapdragon 845 hələ tam optimizasiya edilməyib və telefon çox qızanda (hardasa 47-50 dərəcə arası olanda) çipset avtomatik tezlik dəyərlərini aşağı salır və performans azalır. Xiaomi şirkətində işləyən və aktiv MİUİ forum istifadəçisi olan bir developer MİUİ 10 ilə birlikdə bu problemin aradan qalxacağını bildirdi. Qeyd edək ki, Dekabr ayına qədər bütün Mi 8 ailəsinə Android 9 sistemi veriləcək. Ümumi olaraq baxsaq, yuxarıda yazdığımız problem yalnız benchmark testlərində üzə çıxır. Ən ağır qrafikalı oyunları oynadıqda belə telefon çox az qızır və heç bir yavaşlama baş vermir. 

3. Telefonun ekran parlaqlığı, səs sistemi, Üz Tanıma və Barmaq İzi Sensorları necə işləyir ? Flaqman model üçün yetərlidimi?     

Mi 8 modelində Samsung istehsalı Super Amoled ekran istifadə edilir və HDR 10 dəstəkli bir ekranı var. Yəni hal-hazırda Samsung Galaxy Note 9Galaxy S9 modelindən sonra android ekosistemindəki ən keyfiyyətli ekran panelinə malik cihazlardan biridir. Ekran parlaqlığı 500 nit dəyərinin üstündədi və gündüz günəş altında belə 40% parlaqlıq ilə ekranı rahat görmək olur. Cihazın səs sistemi mono dinamik, yəni tək dinamik üzərində qurulub. Arzu edərdik ki, stereo dinamiklər olsun ( yəni 2 dinamik). Lakin mono olmasına baxmayaraq, cihazın səsi yüksəkdir. Dinamiklərdən çıxan səs bassları xeyli dərəcə yaxşı ötürür. Mi 8-in ən önə çıxan tərəfi ÜZ Tanıma sistemi və Barmaq İZİ sensorlarının çox sürətli işləməsədi. Android ekosistemində ən sürətli barmaq izi oxuyucu Oneplus 6Xiaomi Mi 8 modellərindədir. UZ Tanima Sensorları gecə də işləyir. Sürətli olmasına baxmayaraq barmaq izi oxuyucusu qədər təhlükəsiz deyil. Flaqman model üçün ideal dərəcədə olan keyfiyyətlərə malik bir telefondu. 

Qeyd.Cihazda uz tanımanı aktiv etmək üçün lokasiyanı Honk-Konq seçmək lazımdır.MİUİ 10 ilə artıq bütün lokasiyalarda ( Məsələn Azərbaycan, Türkiyə,Uqanda və s.) üz tanıma işləyəcək. Cihaz yeni çıxanda başqasının üzü ilə cihazı açmaq mümkün olurdu. Lakin son gələn yenilənmələr ilə artıq bu problem həll oldu.ÜZ Tanıma daha təhlükəsiz işləyir. 

Huawei Nova 3Mi 8 barmaq izi oxuyucusu testi.

4. Modelin mənfi cəhətləri nələrdir ? Ekrandakı çərtik iPhone X kopyasıdırmı ?     

Cihazın tək problemi iPhone X-ə bənzəməsidir. Xiaomi kimi innovativ bir şirkətdən daha özünə məxsus bir yenilik gözləyirdik. Cihazın ağ versiyası birə-bir iPhone X-ə oxşayır. Digər rənglərdə fərqli görünür. Cihazın ön və arxa hissəsi şüşədən hazırlanıb deyə barmaq ləkəsini çox saxlayır. Təmizlik sevən biri üçün hər gün təmizləmək ehtiyacı hiss etdirəcək. Kamera lensi çölə doğru çıxıqdır. Yəni kaburosuz istifadə zamanı kameranın zədələnmə riski yüksəkdir. Ekrandakı ÇƏRTİK çox böyükdür. Xiaomi iddia edir ki, gecə görüş sensorları var deyə çərtiyi kiçiltmək mümkün deyil. Oneplus 6 və digər çərtikli ekranı olan cihazlarda bu çərtik kiçikdi deyə gözə xoş görünür. Lakin Mi 8-də ilk dəfə istifadə edəndə istifadəçini biraz narahat edir. Ekran çərtiyi böyükdü deyə bildirimlər ekranda yuxarıda göstərilmir, həmçinin batareyanın faizi də ekrana sığmadığı üçün görmək olmur. MİUİ 10 ilə bu kimi problemlərin həll ediləcəyi bildirilib.