main-post-cover

    Xiaomi Mi 8-in qutusunun fotosu smartfon barəsində gözlənilməz özəlliyi ortaya çıxartdı

    Elm & Texnologiya
    27.05.2018
    Emil Nəcəfov
        İnternetdə təqdimata hazırlaşan Xiaomi Mi 8 modelinin qutusunun fotosu yayılıb. Ənənəvi olaraq sözügedən qutunun üzərində smartfonun özəllikləri barəsində məlumatlar əks olunub. Bu barədə Gizchina saytı xəbər verib. Həmin məlumatlardan çoxusunun barəsində bizim çoxdan xəbərimiz olsa da, bəziləri həqiqətən də yeni məlumatlar oldular.

        Beləliklə Xiaomi Mi 8 8 nüvəli Snapdragon 845 prosessoru, 6 GB RAM, 64 GB daxili yaddaş, süni zəka texnologiyalı ikili arxa kamera, 20 MP-lik ön kamera, iki SIM kart girişi və USB Type-C girişi (komplektdə 3.5 mm audigiriş üçün xüsusi keçid naqili olacaq) ilə təchiz olunacaq. Bütün bunlar gözlənilən özəlliklərdir. Maraqlı yenilik isə ondan ibarətdir ki, Xiaomi Mi 8 dünyada ilk smartfon olacaq ki, keçən ilin Sentyabr ayında anons olunmuş Broadcom BCM47755 GPS modula sahib olacaq.

        Bütün müasir smartfonlarda GPS cihazın yerini 5 metrlik ərazidə təyin edə bilir. Broadcom-un yeni GPS modulu isə 30 sm-lik dəqiqliklə çalışır. Bundan əlavə olaraq Mi 8 modelində istifadəçi üzünün 3D skan texnologiyasının necə çalışması üzrə foto da yayılıb. Smartfon vasitəsilə istifadəçi üzünün qeydiyyatdan keçirilməsi prosesi iPhone X modelindəki kimidir. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 8, Mi Band 3MIUI 10-nun təqdimatı 31 May tarixində baş tutacaq.

    Linki kopyala