main-post-cover

    Xiaomi Mi 9 ən ucuz qiymətə sahib flaqman smartfon ola bilər

    Elm & Texnologiya
    04.12.2018
    Orxan Jafarli
        Bir neçə müddət bundan öncə sertifikatlaşdırma prosesindən keçmiş Xiaomi Mi 9 flaqman smartfonu bir növ gülünc qiymət göstəricisi ilə satılacaq. Belə ki, iGeekPhone mənbəsinin verdiyi məlumata əsasən smartfonun 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiyası 434$-a satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Samsung Galaxy S9-un Avropa bazarındakı qiyməti 841 avro təşkil edir. Xiaomi-dən başqa bu cür aşağı qiymət göstəricisinə həmçinin Huawei şirkətinin Nova 4 smartfon modeli də sahibdir.
        Beləliklə Xiaomi Mi 9-un sertifikatlaşdırma prosesindən keçməsi o deməkdir ki, smartfon artıq satışa çıxmağa hazırdır. Məlumata əsasən Mi 9 flaqman modeli 6.4 inç Super AMOLED ekran, Snapdragon 8150 prosessoru, 48 MP-lik üçlü arxa kamera və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 5G texnologiyasını da dəstəkləyəcəyi güman edilir. Smartfonun rəsmi təqdimatı bu ayın ortasında baş tutmalıdır.
    Linki kopyala