
Xiaomi Mi Band 2 təqdim edilib
Elm & Texnologiya
07.05.2017
Farid
Çin şirkəti Xiaomi ağıllı qolbaqların ikinci nəsli Mi Band
2-ni anons edib. Yeni nəsil qolbaq $23 qiymətinə satılacaq. Mi Band 2 addımları
saya, ürək döyüntülərini ölçə bilir. Əvvəlki modellərdən fərqli olaraq yeni
qolbaq kiçik ekran ilə təchiz olunub. Mi Band 2 Xiaomi-nin sayca 3-cü (Mi Band,
Mi Band Pulse) ağıllı qolbağıdır. Onun kiçik ağ-qara ekranında vaxt, ürək
döyüntüsünün nəticələri, qətt edilmiş yol və yandırılmış kalori miqdarı əks
olunur. Bundan əlavə olaraq Mi Band 2 Apple Watch-dan maraqlı bir funksiyanı da özünə əlavə edib. Belə ki, siz çox
oturduğunuz zaman ağllı qolbaq sizə gəzməyi məsləhət görəcək. Smartfonla əlaqələndirmək
üçün Mi Band 2 Bluetooth 4.0 funksiyasından istifadə edir. Onun enerji tutumu
isə 20 günə kimi işlək vəziyyətdə qalmasına zəmanət yaradır. Qolbaq həmçinin
yuxu keyfiyyıətinin nəzarət olunması üçün də istifadə oluna bilər. Bütün bunlardan əlavə
olaraq o rütubətdən qoruyan korpus və dəyişkənli kəmərlərə sahibdir. Mi Band
2-nin Çində satışları 7 iyun tarixində start götürəcək.
Paylaş
Bənzər xəbərlər