main-post-cover

    Xiaomi Mi Band 4 fitnes qolbağının yeni real fotoları təqdim olundu

    Elm & Texnologiya
    31.05.2019
    Emil Nəcəfov
        Redmi K20 smartfon modelinin dizaynını təqdimatdan öncə təqdim etmiş və yavaş-yavaş məşhurluq qazanan hindistanlı insayder Mukul Sharma Xiaomi şirkətinin yeni nəsil Mi Band fitnes qolbağının real fotolarını təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Təqdim olunmuş fotolarda Mi Band 4 qolbağının yenilənmiş dizaynını və bəzi işlək funksiyalarını görmək olar. Əvvəlki məlumat sızıntılarında da qeyd olunduğu kimi xarici görünüşcə Mi Band 4 qolbağı əvvəlki modeldən heç də fərqlənməyəcək.

        Şirkət qolbaqda olan sensorlu düymə üçün çuxur formasından imtina edib. Onun yerinə sensorlu ekran dairəvi forma vasitəsilə əks olunacaq. Mi Band 4-də olacaq əsas yenilik isə rəngli ekran olmalıdır. Fotolardan da görmək olar ki, istifadəçi qolbağın ekranını özünə görə ayarlaya biləcək. İnsayder bildirib ki, Mi Band 4 də iki versiyada təqdim olunacaq: NFC modul ilə və NFC modulsuz. Bununla yanaşı o qeyd edib ki, Mi Band 4-ün təqdimatı artıq çox yaxın zamanda baş tutmalıdır.

    Linki kopyala