main-post-cover

    Xiaomi Mi Band 4 smart qolbağının qiyməti təqdimatdan öncə məlum oldu

    Elm & Texnologiya
    07.06.2019
    Farid Pardashunas
        Xiaomi Mi Band 4 smart qolbağının təqdimatına sayılı günlər qalıb. Lakin buna baxmayaraq bir sıra onlina mağazalar artıq sözügedən smart qolbaq üçün ön sifarişləri aktiv ediblər. Beləliklə Mi Band 4-ün qiyməti təqdimatdan öncə bəlli olub. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə NFC modula sahib Mi Band 4 modeli Hindistanın online mağazalarından birində ortaya çıxıb.
        Həmin online mağazada NFC modullu Mi Band 4-ün qiyməti 55$ qeyd edilib. Lakin bu, qolbağın final qiyməti deyil. Onun üzərinə təqribi olaraq 10-20$ da əlavə etmək lazımdır. Beləliklə NFC modullu Mi Band 4-ün yekun qiyməti 75$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Mi Band modeli NFC modul ilə birlikdə 40-50$-a satılırdı.
        Qeyd etmək lazımdır ki, Mi Band 4-ün əsas özəllikləri sırasında rəngli OLED ekran və 135 mAh enerji tutumlu batareya olacaq. Sözügedən qolbaq həmçinin Bluetooth 5.0, yenilənmiş şarj cihazı, səsli köməkçi dəstəyi, ürək döyntülərinin ölçülməsi ötürücüləri və kəmərə taxmaq üçün kapsul formalı gövdə əldə edəcək. Qeyd etmək lazımdır ki, Mi Band 4 11 iyun tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər