
Xiaomi Mi Band 4-ün render fotoları təqdim olundu
Elm & Texnologiya
14.05.2019
Emil
Artıq heç kim üçün sirr deyil ki, Xiaomi şirkəti məşhur Mi Band fitnes qolbaq modelinin dördüncü nəsli üzərində çalışır. İndi isə sözügedən qolbağın render fotoları ortaya çıxıb. Bu barədə Slashleaks saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə xarici görünüşcə Mi Band 4 qolbağı Hey+ Band-a bənzəyir. Yeni model rəngli ekran kapsulunu əldə edəcək. Həmin rəngli ekran kapusulunu isə öz növbəsində silikon materialdan hazırlanmış kəmərə taxmaq lazım gələcək.

Rəngli ekranın altında idarəetmə düyməsi yerləşir. Bundan əlavə olaraq render fotolarından birində Xiaomi şirkətinin səsli köməkçisini də görmək olar. Lakin çox güman ki, o yalnız Çində çalışacaq. Qeyd etmək lazımdır ki, dördüncü nəsil Mi Band qolbağı iki versiyada təqdim olunacaq: NFC modul ilə və NFC modulsuz. Qolbaq həmçinin Bluetooth 5.0 özəlliyinə və yeni şarj cihazına sahib olacaq. Mi Band 4-ün rəsmi təqdimat tarixi məlum deyil. Lakin güman edilir ki, o, yay fəslinin əvvəlində baş tutacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
