Xiaomi Mi Band 5 haqqında məlumatlar verilib

Xiaomi Mi Band 5 haqqında məlumatlar verilib

Texnologiya
10.01.2020 PAYLAŞIM

    Mi Band fitnes qolbağı Xiaomi şirkətinin ən məşhur məhsullarındna biri sayılır. Belə ki. şirkət keçən il təkcə 8 günə 1 milyon ədəd Mi Band 4 sata bilmişdi. Bu il isə tamamilə yeni Mi Band 5-in təqdimatı gözlənilir. Buna görə də internetdə yeni fitnes qolbaq barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə insayderlərin verdikləri məlumatlara əsasən Mi Band 5 qolbağı 1.2 düym ekran ilə təchiz olunacaq.

    Bu isə Mi Band 4 ilə müqayisədə nəzərə çarpacaq dəyişiklikdir. Belə ki, Mi Band 4 modeli 0.95 düym ekran ilə təchiz olunur. Məlumatda həmçinin qeyd edilib ki, ekran ölçüsünün böyüdülməsindən əlavə olaraq ekran matrisası daha kontrastlı olacaq. Bu isə öz növbəsində daha parlaq işıqlı mühitdə qolbaq ekranında nəyinsə rahat oxunmasını təmin edəcək.


    Yeni Mi Band modelində ekranın hansı formada olacağı məlum deyil. Lakin məlumatda qeyd edilib ki, Mi Band 5-in çəkisi əvvəlki modellər ilə müqayisədə bir qədər aşağı olacaq. Həmçinin ən son məlumat sızıntılarında qeyd edilib ki, Xiaomi şirkəti NFC modula sahib Mi Band 5-i qlobal bazarda satışa çıxartmağı planlaşdırır. Həmçinin Google Pay və digər ödəniş servislərinin dəstəklərinin olacağı da qeyd edilib. Əgər bu məlumat həqiqət olsa deməli qlobal bazardakı istifadəçilər Mi Band 5 ilə ödənişləri reallaşdıra biləcəklər. Mi Band 5-in bu ilin ikinci rübündə 26$ qiymətində satışa çıxacağı gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman pro..

Son zamanlar bazarda ən böyük prosessor istehsalçılarından birinə çevrilmiş MediaTek şirkəti artıq s..


Apple smart saatlar üçün unikal autentifikasiya texnologiyası üzərində çalışır..

Apple şirkətinin demək olar bütün cihazlarında biometrik autentifikasiya sistemi mövcuddur. İstisna ..


Apple M1-ə rəqib?: Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessor üzər..

Apple şirkətinin öz kompüterlərində fərdi prosessordan istifadəyə keçid etməsi uğurla baş tutdu...


Samsung naqilsiz Galaxy Buds Pro qulaqlığını və SmartTag axtarış trekerini təqdi..

Galaxy S21 flaqman smartfonları ilə yanaşı Samsung şirkəti həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlı..


Ümumilikdə 140 milyard dolların itirilməsi: Bəzi insanlar bitcoin portmanatların..

Ümumi dəyəri 140 milyard dollar olan bitcoinlər elektron portmanatlarda yerləşirlər. Lakin problem o..


Samsung Exynos prosessorları ARM Mali əvəzinə AMD qrafik çiplərinə sahib olacaql..

Hələ 2019-cu ildə Samsung şirkəti AMD ilə birgə əməkdaşlığını elan etmişdi.

×