Logo
    main-post-cover

    Xiaomi Mi Band 8 smart qolbağının yeni rəsmi fotoları təqdim edilib

        Xiaomi şirkətinin 18 aprel tarixində baş tutacaq yeni təqdimat tədbirinə az müddət qalmış şirkət Mi Band 8 smart qolbağına həsr edilmiş yeni fotoları təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smart qolbaq 18 aprel tarixində təqdim ediləcək. Şirkət tərəfindən təqdim edilmiş yeni fotolar Mi Band 8-in özəlliklərini əhatə edirlər. Beləliklə fotolardan da görmək olar ki, smart qolbaq kəmərlər üçün nəzərdə tutulmuş yeni bərkidicilərə sahib olacaq. Bunun sayəsində smart qolbağı biləkdə istifadə etməklə yanaşı həmçinin onu boyundan asmaq və ya ayaqqabıya bərkitmək mümkün olacaq. Mi Band 8 oval formalı 1.62 düym AMOLED ekran ilə təchiz olunacaq və Always-on-Display funksiyasını dəstəkləyəcək. Ənənə üzrə smart qolbaq iki versiyada satışa çıxacaq. Onlardan biri NFC çipinə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər