main-post-cover

    Xiaomi Mi Mix 2-nin ön paneli göstərildi

    Elm & Texnologiya
    03.09.2017
    Orxan Jafarli
    Çərçivəsiz dizaynıyla gündəmə bomba kimi düşən Xiaomi Mi Mix davam modeliylə qarşımıza çıxmağa hazırlanır.
    Çinli texnologiya nəhəngi Xiaomi, ötən il təqdim etdiyi Mi Mix modeliylə gündəmə bomba kimi düşmüş və böyük bir bəyənmə yığmışdı. Çərçivəsiz dizaynıyla sanki bir inqilab yaradan Mi Mix, indi Mi Mix 2 modeliylə qarşımıza çıxmağa hazırlanır.
    Üst, sağ və sol tərəfində az qala çərçivə olmayan Xiaomi Mi Mix 2, təqdimat günü yaxınlaşdıqca yeni sızıntılarla qarşımıza çıxır.
    11 Sentyabr günü rəsmi olaraq təqdim ediləcək olan Mi Mix 2, ilk modelə görə daha yaxşı bir ekran gövdə nisbəti təqdim edəcəyi ifadə edilir. 6.4 inç yerinə 6 inç ekranla gələcəyi deyilən Mi Mix 2, Android 7.1.1 üzərinə inkişaf etdirilən MIUI 9 interfeysini istifadə edəcək.
    Snapdragon 835 prosessorunu istifadə edəcək olan smartfon 128 və 256 GB yaddaş sahəsi təqdim edəcək. 4500 mAh batareyaya sahib olacağı deyilən 6 GB RAM bünyəsində saxlayacaq.
    3D ölçülü üz tanıma texnologiyasına sahib olacağı deyilən Mi Mix 2 haqqındakı bütün detallar isə 11 Sentyabr günü ortaya çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər