main-post-cover

    Xiaomi Mi Mix 2S-in ilk real fotosu sızdırıldı

    Elm & Texnologiya
    01.03.2018
    Farid Pardashunas
    Xiaomi Mi Mix 2S smartfonunda ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasının olacağı barədə xəbər artıq yayaılmışdı.
        İndi isə bu texnologiyanın olacağını sübut edən yeni foto sızdırılıb. Fotodan da görmək olar ki, barmaq izi skanı texnologiyası smartfonun aşağı hissəsində qeyd olunub. Hələki məlum deyil ki, bu texnologiya smartfonun aşağı hissəsindəki bir nöqtədə yerləşəcək yoxsa aşağı hissəni tamamilə əhatə edəcək.

        Qeyd etmək lazımdır ki, Mi Mix 2S adi Mi Mix 2-nin təkmilləşdirilmiş versiyası olacaq. Smartfon Full Screen 3.0 adlı yeni dizayn əldə edəcək. Bundan əlavə olaraq Mi Mix 2S 18:9 nisbətli 6.01 inç-lik FHD+ ekran, Snapdragon 845 prosessoru, 12 MP-lik ikili arxa kamera və 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni model Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Şirkət rəsmi olaraq bildirib ki, Mi Mix 2S 27 Mart tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər