main-post-cover

    Xiaomi Mi Mix 2S-in videosu sızdırıldı

    Elm & Texnologiya
    19.02.2018
    Farid Pardashunas
    Barselonada keçiriləcək MWC 2018 tədbirində “XIaomi” şirkəti minimum bir ədəd flaqman modeli təqdim etməlidir.
    Bu flaqman modeli ya Mi 7 olacaq yada Mi Mix 2S. Bundan əlavə olaraq Mi Mix 2S-in videosu da internetə sızdırılıb. Sızdırılmış videoda smartfonun yalnız aşağı hissəsi əks olunub. Videodan da görmək olar ki, yeni modelin aşağı hissədəki çərçivəsi daha da nazikləşib. Bu isə o deməkdir ki, həmin hissədən ön kameranı götürüblər. Məlumata əsasən Mi Mix 2S-də ön kamera ön panelin yuxarı sağ hissəsində yerləşəcək.

    Qeyd etmək lazımdır ki, Mi MixMi Mix 2 modellərində “Home” və “Back” funksiyaları aşağı hissədə yerləşən proqram təminatı düymələri ilə reallaşdırılır. Çox güman ki, yeni smartfonda həmin düymələr jestlərlə əvəz olunacaq. Bu cür jestlər həmçinin iPhone X-də də çalışır. Məhz buna görə iPhone X-də “Home” düyməsi yığışdırılıb. Məlumata əsasən Mi Mix 2S 6 inç ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Bundan əlavə olaraq Mi Mix 2S-də yeni üz skanı texnologiyasının olacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər