main-post-cover

    Xiaomi Mi Mix 3-ün ilk dizayn fotoları yayıldı

    Elm & Texnologiya
    22.11.2017
    Emil Nəcəfov
    Sentyabr ayının əvvəlində “Xiaomi” şirkəti çərçivəsiz Mi Mix seriyasının ikinci nəslini təqdim etmişdi.
    Smartfonun təqdimatının Sentyabr ayında olmasına baxmayaraq artıq 3-cü nəsil haqqında məlumatlar peyda olmağa başlayıb. Çertyoj fotolardan da görmək olar ki, Mi Mix 3-ün ön paneli Mi Mix 2 kimidir. Lakin ön tərəfin yuxarı hissəsində səsgücləndirici üçün çıxıntı yeri yoxdur. Hətta ön kamera da fotolarda əks olunmayıb.

    Məhz bu cür dizayn Mi Mix 3-ün əsas özəlliyi ola bilər. Əgər bu fotolara inansaq, smartfonun önü tamamilə çərçivəsiz ekrandan ibarət olacaq. Arxa paneldə isə səsgücləndirici ikili arxa kamera və daha bir ekran olacaq. Görünür, arxa panel gündəlik istifadə üçün nəzərdə tutulacaq. Məsələn telefon zəngləri, sosial şəbəkələr, elektron poçt və s.

    Ön tərəfdəki böyük ekran isə foto, video və oyunlar üçün nəzərdə tutulacaq. Məlumata əsasən arxa paneldə sözügedən elementlərin yerləşməsinin 3 variantı var. Smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, onlar hələ heç təyin olunmayıblar. Xiaomi Mi Mix 3-ün 2018-ci ilin 3-cü rübündə anons olunacağı güman olunur.

    Linki kopyala