main-post-cover

    Xiaomi Mi Mix 3-ün ilk render fotoları yayıldı

    Elm & Texnologiya
    02.07.2018
    Farid Pardashunas
        Çinin IThome adlı mənbəsi Xiaomi Mi Mix 3 flaqman modelinin ilk render fotolarını paylaşıb. Fotolardan da görmək olar ki, yeni smartfon modeli çıxıntısız, çərçivəsiz böyük ekrana və ikili arxa kameraya sahib olacaq. Əvvəlki Mi Mix modellərinin yuxarı hissələrində nazik çərçivələr olduğundan onlarda ön kamera aşağı hissədə yerləşirdi. Lakin görünür, Mi Mix 3-də ön kamera Vivo NEX smartfonundakı kimi olacaq. Yəni ön kamera cihazın yuxarı hissəsindəki xüsusi kiçik platformada yerləşəcək.

        İlk baxışdan belə nəticəyə gəlmək olar ki, təqdim olunmuş render fotolar fake-dir. Lakin 2015-ci ildə şirkət bu cür texnologiyanı qeydiyyatdan keçirtmişdi. Buna görə də təqdim olunmuş fotolar real ola bilərlər. Bununla yanaşı Mi Mix 3-də ekrana inteqrasiya olunmuş barmaq izi skanı və naqilsiz şarj texbnologiyası gözlənilir. Smartfonun texniki özəllikləri barəsində məlumatlar olmasa da çox güman ki, o, Qualcomm şirkətinin sonuncu flaqman prosessoru əsasında çalışacaq. Nəzərə alsaq ki, Xiaomi Mi Mix 2 keçən ilin Sentyabr ayında təqdim olunmuşdu, yeni modelin bu ilin Sentyabr ayında təqdim olunacağı da heç istisna deyil.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər