
Xiaomi Mi Mix 3-ün real fotosu təqdim olundu
Elm & Texnologiya
31.08.2018
Emil
Son bir neçə ay ərzində internetdə
Xiaomi Mi Mix 3 modelinin bir çox render fotoları yayıldı. Lakin indi şirkətin
məhsullar üzrə direktoru Donovan Sung smartfonun real fotosunu paylaşıb. Nəzərə
çarpan ilk özəllik isə smartfonun çərçivəsiz ekranıdır. Belə ki, yeni
smartfonda ön kamera, işıqlandırma sistemi və danışıq üçün olan səsgücləndirici
korpusun çölə çıxa bilən xüsusi hissəsinə yerləşdiriləcək. Məhz bu cür
texnologiya Oppo Find X smartfonunda da reallaşdırılmışdı. Təəssüflər olsun ki,
smartfonun arxa panelinin necə olduğu barədə məlumat yoxdur. Mi Mix 3-ün
texniki göstəriciləri barəsində hələki dəqiq bir məlumat yoxdur. Lakin çox güman ki, o, Full HD+ keyfiyyətində ekran, Snapdragon 845 prosessoru və 6/8 GB
RAM ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər