Xiaomi Mi Mix 3-ün yeni fotoları sızdırıldı
Elm & Texnologiya
20.08.2018
Farid Pardashunas
Vaxtı ikən Xiaomi Mi Mix flaqman smartfonu ən birinci çərçivəsiz
ekranlı smartfon modellərindən biri idi. Lakin həmin vaxtdan uzun müddət keçib
və bazarda artıq yetəri sayda çərçivəsiz ekranlı smartfonlar var. İndi isə
Xiaomi Mi Mix seriyasının üçüncü nəslinin yeni fotoları Çinin Weibo saytında
yayılıb. Fotolardan da görmək olar ki, yeni modelin ekranı smartfon səthinin
90%-dən çoxunu əhatə edəcək. Bundan əlavə olaraq smartfon maksimal dərəcədə
nazik ekran çıxıntısına sahib olacaq.
Modelin yuxarı hissəsinin fotoda yaxşı
görünməməsinə baxmayaraq belə nəticəyə gəlmək olar ki, həmin hissə də maksimal
dərəcədə nazik olacaq. Yuxarı hissəsinin nazik olması ehtimalı ön kameranın
smartfonun daxilində yerləşəcəyi və lazımi anda onun xaricə çıxmağı fikri
reallığa bənzəyir. Smartfonun dizaynından əlavə olaraq onun əsas texniki göstəriciləri
barəsində də bəzi məlumatlar var. Çox güman ki, smartfon Snapdragon 845
prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Xiaomi Mi Mix
3-ün 15 Sentyabr tarixində təqdim olunacağı güman olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ