main-post-cover

    Xiaomi Mi Mix 4-ün təqdimat tarixi barəsində məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    04.09.2019
    Farid Pardashunas
        Xiaomi Mi Mix 4 smartfon modelinin texniki göstəricilərinin ortaya çıxmasından sonra insayderlər bu smartfonun təqdimat tarixi barəsində də məlumat veriblər. Maraqlısı ondadır ki, verilmiş məlumatlarda daha öncə qeyd olunmamış smartfon funksiyaları da əks olunub. Bu barədə GSMarena saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Mi Mix 4 smartfonu 24 sentyabr tarixində təqdim ediləcək.
        Daha öncəki məlumatda qeyd olunmuşdu ki, şirkət bu smartfonu bir neçə həftə daha tez təqdim edəcək. Lakin yeni məlumata əsasən şirkət Mi Mix 4-ün təqdimatını Huawei Mate 30 smartfon seriyasının təqdimatına görə bir qədər təxirə saldı. Məlumata əsasən Mi Mix 4-ün əsas özəlliyi ondan ibarət olacaq ki, o, dünyada ilk dəfə olaraq 108 MP-lik arxa kamera moduluna sahib olacaq. Söhbət, Samsung şirkətinin keçən ay təqdim etmiş olduğu ISOCELL Bright HMX adlı 108 MP-lik kamera modulundan gedir.
        Bundan əlavə olaraq smartfon 16 MP-lik genişbucaqlı kamera sensoru və 12 MP-lik teleobyektiv əldə edəcək. Güman olunur ki, smartfon həmçinin 5 qat optik zoom özəlliyini də dəstəkləyəcək. Güman edilir ki, Xiaomi şirkəti bu smartfonun bir neçə versiyasını satışa çıxartmağı planlaşdırı. Onların arasında 5G şəbəkəsini dəstəkləyən versiya da var. Çox güman ki, smartfon Snapdragon 855 Plus prosessorunu əldə edəcək. Mi Mix 4 MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun hansı qiymətə satılacağı barəsində isə heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər