main-post-cover

    Xiaomi Mi Mix 4-ün texniki göstəriciləri və mümkün satış tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        Xiaomi Mi Mix 4 flaqman smartfon modelinin təqdimatı artıq çox yaxındır və buna görə də internetdə bu smartfon barəsində məlumat sızıntıları davam edir. İndi isə Mi Mix 4-ün texniki göstəriciləri və onun mümkün satış tarixi barəsində məlumat verilib. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Mukul Sharma, Weibo sosial şəbəkəsindəki hesabında Xiaomi-nin reklam posterini təqdim edib.
        Təqdim edilmiş reklam posterində isə ya Mi Mix Alpha ya da Mi Mix 4 modeli əks oluonub. Hər iki smartfon modeli bir gündə satışa çıxmalıdır. Məlumata əsasən bu, 15 noyabr tarixi olacaq. Daha öncəki məlumat sızıntısında isə qeyd edilmişdi ki, smartfon Mi9 Pro 5G modeli ilə birlikdə 24 sentyabr tarixində satışa çıxacaq.
        Bununla yanaşı məlum oldu ki, smartfon 2K keyfiyyətli ekran, Snapdragon 855 Plus prosessoru, 12 GB RAM, 1 TB-a kimi daxili yaddaş həcmi və 108 MP-lik arxa kamera ilə təchiz olunacaq. Smartfonun ön kamerası isə Mi Mix 3 modelində olduğu kimi smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək. Smartfonda 5G dəstəyinin olacağı da gözlənilir. Böyük ehtimal ilə şirkət yaxın zamanda smartfonun təqdimat tarixini açıqlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər