Xiaomi Mi Note 10-un texniki göstəriciləri sızdırıldı

Xiaomi Mi Note 10-un texniki göstəriciləri sızdırıldı

Texnologiya
17.10.2019 PAYLAŞIM

    İlk fotoların ortaya çıxmasından bir neçə gün sonra insayderlər Mi Note 10-nun iştirakında edilmiş fotosessiya fotolarını təqdim ediblər. Təqdim edilmiş yeni fotolar hələ təqdim edilməmiş smartfonun xarici görünüşündən əlavə olaraq onun hansı texniki göstəricilərə də sahib olacağını əks etdirirlər. Bu barədə 4pda saytı xəbər verib. Mi Note 10-u sərgiləyən fotoları məşhur hindistanlı insayder Mukul Sharma təqdim edib.


    Təqdim edilmiş fotolarda smartfonun texniki özəllikləri AIDA64 tətbiqi vasitəsilə smartfon ekranında əks olunur. Əgər bu fotolar həqiqətən də Mi Note 10-a aiddirsə deməli smartfon Qualcomm şirkətinin 2.84 GHz tezlikdə çalışan prosessoruna sahib olacaq. Bununla yanaşı smartfon 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və Adreno 650 qrafik sürətləndirici ilə təchiz olunacaq.

    Xiaomi Mi Note 10 şirkətin böyük ekranlı smartfon modeli kimi təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən şirkət həmçinin Mi Note 10 üçün stilus da təqdim edəcək. Gözləntilərə əsasən Mi Note 10 modeli 24 oktyabr tarixində təqdim ediləcək. Lakin daha öncədən şirkət bildirmişdi ki, o, ilin sonuna kimi Mi Note seriyasını yeniləməyi planlaşdırmır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinin 84-cü versiyası gəlir: Yeniliklər nələrdir? (VİDEO)..

Google şirkəti Chrome brauzerini 84-cü versiyaya kimi yenilədi. Yenilənmiş Chrome bir çox dəyişiklik..


Xiaomi Mi Band 5-in qlobal versiyası Mi Smart Band 5 təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti özünün Mi Band 5 fitnes qolbağının qlobal versiyasını təqdim edib.


Samsung: '6G gözlənildiyindən daha tez istifadəyə veriləcək' - Nə Zaman?

6G şəbəkəsinin yalnız 10 ildən sonra istifadəyə veriləcəyi gözlənilir. Samsung bu cür fikir ilə razı..


Kontakt Home Bosch brendinin Azərbaycandakı rəsmi distribütoru oldu

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan Kontakt Home dünyaca m..


Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdi..

Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlik..


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..

×